Cəmiyyət
Rusiyanın 102-ci bazası Ermənistana kömək etməyə hazır olduğunu bildirib
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanlığı Ermənistan hökumətinə sərhəddə baş verənlərlər bağlı dəstək verməyə və köməklik göstərməyə hazır olduğunu bildirib. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə LiveNews.am saytı çıxış edib.
Həmin məlumata görə, 102-ci bazanın komandanlığı bu addımı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatına əsaslanaraq atmaq istəyib. “Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası vəziyyətin nizamlanmasına xüsusi dəstə ilə töhfə verməyə hazır olduğunu bildirib. Lakin Ermənistan tərəfi hələlik Rusiyaya rəsmi təklifin göndərmədiyini əsas gətirərək, naməlum səbəbdən bu dəstəkdən imtina edib. Rusiya tərəfi Ermənistan hakimiyyətinin ikili mövqeyinə məəttəl qalıb”.