Cəmiyyət

Qazi icra hakimiyyətinin önündə ona verilən maşını yandırdı

Qazi Elnur Səmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin önündə ona verilən avtomobili yandırıb.

Bu barədə “Gənc qazilər” ictimai birliyinin sədri Hacı Vəliyev feysbuk səhifəsində paylaşım edib. Bildirilir ki, o, bu addımı icra hakimiyyətinin özbaşınalığına etiraz olaraq atıb.

Jamaz.info xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti qazi Elnur Səmədovun avtomobilini yandırması ilə bağlı açıqlama yayıb.
Qaradağ RİH-dən Yeniavaz.com-a göndərilən açıqlamanı təqdim edirik:
“Qaradağ rayonu Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 12, mənzil 40 ünvanında qeydiyyatda olan, 1-ci qrup Vətən müharibəsinin əlili, 30.10.1990-cı il təvəllüdlü Səmədov Elnur Eldar oğlu Qaradağ rayonu Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 9 ünvanında yerləşən Qaradağ Rayon İcra Hakimiyyətinin həyətində özünə məxsus “Khzar Azsamand” markalı 77-BE-990  dövlət nömrə nişanlı avtomobilini yandırıb.
Tələbləri ondan ibarətdir ki, səhhəti ilə əlaqədar Türkiyə Respublikasında müalicə almaq, yaxın qohumlarının mənzil-məişət və sosial şəraitinin yaxşılaşdırılması olub.
Səmədov Elnur Eldar oğlu 44 günlük Vətən müharibəsində yaralanıb və 1-qrup əlillik təyin olunub. Əlillik təyin olunduqdan sonra Dövlət tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi təyin olunmuş şəxslər üçün nəzərdə tutulmuş bütün imtiyazlar verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 1-ci qrup Qarabağ əlilləri üçün təyin olunmuş müavinət və prezdent təaqüdü ödənilir. 27.08.2021-ci il tarixində maşın, 12.11.2021-ci il tarixində iki otaqlı mənzillə təmin edilib. Yaşat Fondu tərəfindən müalicələri həyata keçirilib. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılıb və müraciətlərinin həlli üçün müvafiq köməkliklər göstərilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button