İrandan ölkəyə əldə yaralara səbəb olan qabyuyan gətirilir?
Azərbaycanda İrandan qeyri-qanuni yollarla gətirilən, insan orqanizmi üçün təhlükə təşkil edən qabyuyan mayelərin satıldığı bildirilir.
Jamaz.info xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Feysbukda məlumat yayıb və görüntülər paylaşıb.
O bildirib ki, məhsulun üzərindəki bütün məlumatlar xarici dildədir.
“Şəhərin (Bakı – red.) hər yerində, cənub bölgəsində, o cümlədən Sumqayıtda da satılır. Tərkibi kimyəvi maddələrdən ibarət olduğu üçün axıdıldığı yerdə flora və faunaya ziyan vura, həmçinin dəri xəstəliklərinə səbəb ola bilər. Feysbuk səhifəmdə şəklini yerləşdirmişdim. Artıq yazırlar ki, əlimizdə yaralar əmələ gətirib”, – E. Hüseynov bildirib.
Ekspert, tədbir görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət edib.