Cəmiyyət
Ermənilər Qarabağda 1400-ə yaxın itkinini axtarır
Müharibədən sonra Qqarabağda ölən erməni əsgərlərinin axtarışları davam edir. JAMAZ.İNFO xəbər verir ki, bu gün analoji proses Cəbrayıl rayonunun ərazisində keçirilib.
Verilən məlumata görə, aktiv döyüşlərin getdiyi ərazilərdə axtarış aparan Ermənistan tərəfinə proses boyu Azərbaycan tərəfindən də dəstək verilir.
Rəsmi İrəvanın açıqlamasına görə, müharibə başa çatdıqdan sonra Qarabağdan 1557 erməni əsgərinin meyiti tapılıb və aidiyyatı qurumlara verilib. Hazırda daha 1400 nəfərə yaxın itkin olduğu və onların axtarışlarının davam etdiyi bildirilir.