Cəmiyyət

Erməni rəsmiləri Xankəndinə necə gedir?

Ermənistan rəsmiləri mütəmadi olaraq, heç bir maneəsiz Xankəndinə gedir, orada separatçılarla görüşür, danışıqlar aparır. JAMAZ.İNFO xəbər verir ki, bu gün belə səfərlərdən daha bir baş tutub.

Belə ki, Ermənisran İstintaq Komissiyasının sədri Ayk Qriqoryan və həmin komitənin üzvləri bu gün Qarabağa gedərək, orada separatçıların rəhbəri Arayik Harutyunyanla görüşüblər. Görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, rəsmi Bakı Qarabağın Azərbaycanın ərazisi olduğunu, həmin ərazilərin 44 günlük müharibədən sonra birmənalı olaraq ölkəmizin tərkib hissəsi kimi təmin edildiyini bəyan edir. Lakin hələ də bizim gedə bilmədiyimiz bu bölgəyə erməni rəsmilərinin asanlıqla gedib-gəlməsini nə sorğulayan var, nə araşdıran, nə də etiraz edən var. Yalnız bir dəfə rəsmi Bakı Ermənistan rəsmilərinin Xankəndinə icazəsiz səfər etməsinə qəzəblənmişdi və bəyan etmişdi ki, bundan sonra bir daha belə hallar təkrarlanmamalıdır. Lakin sonradan nə baş verdi, nə dəyişdisə, bu, Bakı üçün də adiləşdi. Hazırda belə səfərlərə nəinki reaksiya verilmir, üstündən keçilir. Sanki heç nə olmamış kimi…

İndi hamı üçün maraqlıdır. Həmin erməni rəsmiləri Bakının icazəsi ilə Xankəndinə gedir, yoxsa, yenə əvvəlki kimi bizi saymadan öz bildikləri kimi hərəkət edir? Azərbaycan tərəfi niyə bu özbaşınalıqlara reaksiya vermir?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button