Cəmiyyət

DTX tərəfindən həbs edilən sabiq icra başçısının son durumu

“Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyev ECMO cihazındadır, vəziyyəti stabil ağır olaraq qalır”. 
Qaynarinfo xəbər verir ki, bunu oxu.az-a açıqlamasında onun vəkili deyib.
O bildirib ki, həkimlər M.Quliyevi bir neçə dəfə ECMO cihazından ayırmağa cəhd ediblər:
“Müalicə prosesi hələ ki davam edir. ECMO cihazından ayırmağa çalışıblar, lakin alınmayıb. Ciddi həkim nəzarətində saxlanılır, vəziyyəti stabil ağır olaraq qalır”.
Vəkilin sözlərinə görə, M.Quliyevin məhkəmə prosesinin vaxtı səhhətindən asılı olaraq təyin ediləcək.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button