Cəmiyyət

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər ev alıb? – FOTO

2021-ci ilin sentyabr ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 162 daşınmaz əmlak alışı həyata keçirib.
Bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən məlumat yayıb.
Belə ki, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan səkkizinci sırada qərarlaşıb.
Sentyabr ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21 ədəd az, əvvəlki ayla (2021-ci il avqust) müqayisədə isə 24 ədəd çoxdur.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 2 040 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 122 ədəd və ya 5,6 faiz azdır.
Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında xarici vətəndaşlar tərəfindən ümumi 6 706 daşınmaz əmlakın alışı həyata keçirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button