Arayik Koçaryanın mühafizə rəisinin atasını “vəzifəyə” gətirir
Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan Ermənistan müxalifəti ilə əlaqələrini düzəltmək üçün daha bir addım atmağa hazırlaşır. JAMAZ.İNFO Ermənistanda nəşr olunan “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Arayik bu dəfə Robert Koçaryanla arasını düzəltmək fikrindədir.
Qəzet yazır ki, bir neçə gün əvvəl istefa verən qondarma “dövlət naziri” Qriqori Maritrosyanın yerinə Qarabağdakı terrorçuların “ombudsmanı” Artak Beqlaryanın gətiriləcəyi barədə təsdiqini tapmayıb. Daha doğrusu, Arayik Arutyunyan bu seçimdən imtina edib. Onun yeni planı Ermənistan müxalifətinin əsas adamlarından biri olan sabiq prezident Robert Koçaryanla yaxınlaşmaqdır ki, bunun üçün də yeni bir yol tapıb. “Arutyunyan Ermənistan müxalifəti ilə yaxınlaşmaq üçün “dövlət naziri” postuna keçmiş “DİN” rəhbəri Karen Sarkisyanı təyin etməyi qərarlaşıdırb. Sarkisyanın “vəzifə” başına gətirilməsinə səbəb isə onun oğlu Qriqori Sarkisyanın hazırda Robert Koçaryanın mühafizəsinin rəisi olmasıdır. Arayik də bu yolla Koçaryanla yaxınlaşmaq istəyir”.