Cəmiyyət

Ali Hərbi Məktəbdən qovulan, əsgər yoldaşını ehtiyatsızlıqla vuran, 13 il həbs cəzası almış Elvin Məmmədov – KÖMƏK İSTƏYİR  

2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil alana, 2010-cu ildə isə yüksək bal toplayaraq Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş Məmmədov Elvin Arif oğlu 2012-ci ildə məktəb komandanliginin şəxsi prinsip və qərəzi ucbatından ali hərbi məktəbdən xaric edilib. JAMAZ.İNFO xəbər verir ki, bunu Elvin Məmmədov deyir.

O bildirir ki, ali məktəbdən haqsız yerə xaric olmağı barədə əlində dəlil və sübutlar var. “Buna rəğmən haqqımın bərpası ücün hec kəs koməklik etməyib”.

Məmmədov deyir ki, 2012-ci il yanvarında Hərbi Məktəbdən xaric edilərək, Ağdama hərbi xidmətə göndərilib. “Xidmətimin 6-cı ayında, 28 iyul 2012-ci ildə Postda silahla ehtiyatsız davranmağım nəticəsində atəş açılmış və güllə əsgər yoldaşımı yaralamışdır. Hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmamışdı. Hadisə ilə bağlı Qarabağ Hərbi Prokurorluğu istintaq aparıb, ehtiyatsızlıqdan hadisə törətsəm də, mənə CM-in 120.1-ci maddəsi ilə, yəni, qəsdən adam öldürmə ilə ittiham ediblər. Müstəntiq hər dəfə məni aldadıb ki, bu maddə ehtiyatsızlıqla olan əmələ aiddir. Heç bir dəlil, sübut olmadan məni etmədiyim əmələ görə ittiham ediblər”.

Elvin Məmmədov qeyd edir ki, əvvəlki vəkili dövlət hesabına imiş. “Həmişə başımın altına yastıq qoyurdu. Sonra atam pulla başqa vəkil tutdu. Bu zaman müstəntiqin bütün hiylələri ortaya çıxdı. Yeni vəkilim hüquq pozuntuları ilə əlaqədar şikayət yazdı. 16 oktyabr 2012-ci ildə etdiyi qanunsuzluqlara görə müstəntiq Tural Həsənliyə töhmət verildi. 6 gün sonra müstəntiq aldığı töhmətə görə mənə təyziqlər göstərdi və qisas almaq qəsdi ilə maddəmi 120.1-dən (Qəsdən adam öldürmə) 350.2-yə (Silahla ehtiyatsız davranma nəticəsində insan ölümü) dəyişmək əvəzinə, 120.1-dən  120.2-yə, yəni daha ağır olan xuliqanlıqla adam öldürməyə tövsif etdi. Dedi ki, gör səni nə günə salacam”.

Keçmiş hərbçi Tərtər Hərbi Məhkəməsində, daha sonra Apelyasiya və Ali Məhkəmələrdə hüquqularını qorumağa çalışsa da, ona 13 il həbs cəzası verilib. Hazırda 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. “Bütün məhkəmə instansiyalarında əlimdəki dəlil və sübutları ortaya qoydum. Amma baxan olmadı. Belə olan halda ölkəmdə haqqın, ədalətin olduğunu kim deyə bilər?”

Elvin Məmmədov deyir ki, cəza çəkdiyi müəssisədə bekar oturmayıb. Bu 9 il ərzində ingilis, ərəb, fars və rus dillərini öyrənib. “El harayına can deyən Şəhid Elcan Muradov ” adlı əsərin və “Sükutla danışanlar” adlı romanını yazıb. “Qırxa yaxın elmi, pisxoloji, fəlsəfi, vətənpərvərlik, tarixi və publistik mövzularda məqalələrim müxtəlif qazet və jurnallarda nəşr olunub. Yəni çoxları ücün həyatın sonu olan zindanı bir təhsil ocağına çevirmişəm, Lakin heç bir şey məhbəsdə məhv olan gəncliyimi əsla əvəz edə bilməz!”

Ssabiq hərbçi qeyd edir ki, dəfələrlə dövlət qurumlarına müraciət edib. Lakin bunların heç bir xeyri olmayıb. O, dövlət başçısına əfv olunması ilə bağlı müraciət də edib. Hətta Şəhid atası olan dayısı da Əfv Komissiyasına müraciət edib. Di gəl, onların nə səsini eşidən olub, nə də dərdinə bir əlac qılan. “Haqsız yerə ağır maddə ilə ittiham edilməmdən sonra anamın epilepsiya xəstəliyi daha da şiddətlənib. Təssüf hissi ilə qeyd edim ki, ayrı-ayrı vaxtlarda işimin yüngüləsdirilməsi üçün hərbi prokurorluğun əməkdaşları məndən pulda istəyiblər. Amma pulumuz olmadığına görə, bütün həyatım korlanıb. Maddi imkanımız yoxdur deyə, hüquqlarım qorunmayıb. Əlimdə 100 min manat olsaydı, vəziyyət əsla belə ola bilməzdi. Xalq arasında məhşur bir deyim var: Qanun puldur!”

Elvin Məmmədov sonda yazır ki, o, hüquqularının qorunmasını, ali təhsil almasını istəyir. “Kimin əlindən nə köməklik gəlirsə, eləsin. Ömrü, cavanlığı həbsdə çürüyən bir gənc olaraq sizdən kömək istəyirəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button