Cəmiyyət

4 məktəbdə tədris növbəli sistemə keçirildi

Cəlilabad rayonunda qasırğanın ziyan vurduğu 4 məktəbdə tədris növbəli sistemə keçib.

Jamaz.info xəbər verir ki, bu barədə “Report”un Muğan bürosuna Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, aprelin 21-də günün ikinci yarısında rayon ərazisində güclü külək və dolu ilə müşayiət edilən qasırğa zamanı bəzi təhsil müəssisələrinə ciddi ziyan dəyib.

Belə ki, rayonun Uzuntəpə kənd 1, Privolnoye kənd 1 nömrəli və Komanlı kənd tam orta məktəblərinin tədris və yardımçı binalarının dam örtükləri, pəncərələri və bəzi taxta konstruksiyalarına ciddi ziyan dəyib və şəhər 5 nömrəli ümumi orta məktəbin isə dam örtüyünə qismən ziyan dəyib.

Ziyan dəyən müəssisələrə Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin əməkdaşları tərəfində baxış keçirilib, qüsur aktları tərtib edilib və qısa vaxt ərzində işin icrasına başlanılacaq.

Qeyd edək ki, təhsil müəssisələrində tədris prosesi digər korpuslarda iki növbəli sistemə keçərək davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button