Siyasət

Çavuşoğlu Lavrovu Türkiyəyə çağırdı: Qarabağdakı vəziyyət müzakirə ediləcək

Lavrov Türkiyəyə səfəri çərçivəsində Çavuşoğlu ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Jamaz.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə aprelin 6-7-də Türkiyəyə səfər edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

Səfər zamanı Rusiya Federasiyası və Türkiyənin xarici işlər nazirliklərinin rəhbərləri regional və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.

O cümlədən ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button