Media

Məşhur jurnalist vəfat etdi

Türkiyədə tanınmış jurnalist, “Sabah” qəzetinin köşə yazarı Mehmet Barlas həyatını itirib.

Jamaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Barlas 81 yaşında müalicə aldığı İstanbulun Şişli rayonundakı xəstəxanada vəfat edib.

1942-ci ildə Ankarada anadan olan jurnalist İstanbul Universitetinin hüquq fakültəsinin məzunu olub. O, tələbəlik illərində Türkiyə Milli Tələbə Federasiyasının mətbuat komissiyasına sədrlik edib.

Jurnalistika fəaliyyətinə də həmin illərdə atasının qurduğu “Son Havadis” qəzetində başlayıb. Barlas müxtəlif illərdə “Cumhuriyet”, “Resmi Gazete”, “Günaydın”, “Milliyet”, “Güneş”, “Tercüman”, “Hürriyet”, “Türkiye”, “Sabah”, “Yeni Şafak”, “Star”, “Akşam” və digər nəşrlərdə, habelə müxtəlif televiziya kanallarında çalışıb.

M.Barlas həmçinin 7 kitabın müəllifi olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button