Gündəm

Ruben Vardanyan: “Yenə uduzduq”

Qarabağdakı erməni separatçılarının əsas nümayəndələrindən biri, Kremlin kuklası olaraq tanınan Ruben Vardfanyan mayın 26-da Moskvada keçirilən görüşlə bağlı fikirlərini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, erməni milyarder görüşdə erməni tərəfinin uğursuzluğa düçar olduğunu deyib.

O deyib ki, görüşün tam uğursuz olduğu ilk andan məlum idi. “Təəssüf ki, Qarabağ ermənilərinin maraqları baxımından bütün bunlar son dərəcə mənfi idi. Hər halda siyasət elə bir şeydir ki, bəyanat başqa, hərəkət başqadır. Baxmalısan ki, görüş neçə dəqiqə oldu, mətbuat konfransı necə keçdi. Məsələn, ABŞ-da bir dəqiqə yarımdan sonra Blinken iki nazirsiz otaqdan tək çıxdı. Burada görüş 20 dəqiqə çəkdi. Nə cür məlumatları dərc etdiklərini, hansı məlumatları vermədiklərini, nə baş verdiyini, hansı qərarların dərc edildiyini izləyirsiniz. Hər şey aydındır. Təəssüf ki, yenə də danışıqları uğursuzluğa düçar olduq”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button