Dünya

Paşinyan Ərdoğanın prezident seçilməsi ilə bağlı yazdı

Ermənistanın baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib. 
Jamaz.info xəbər verir ki, o, mesajını Tviter səhifəsində yazıb.
“Mən prezident Ərdoğanı yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edirəm. Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm”, – Ermənistanın baş naziri yazıb.
Qeyd edək ki, Türkiyə MSK Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın 52%-dən çox səslə qalib gəldiyini rəsmən elan edib.
Türkiyədəki seçki məntəqələri və xarici nümayəndəliklər və sərhəd-keçid məntəqələrindən gələn bülletenlərin 99,43%-ni emal etdikdən sonra Ərdoğan 52,14%, Kamal Kılıçdaroğlu 47,86% səs toplayıb.
Ərdoğanın Kılıçdaroğlu üzərindəki üstünlüyü 2 milyon səsi keçib.
Seçkilərin yekun nəticələri iyunun 1-də “Rəsmi Qəzet”də dərc olunacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button