Dünya

Nazir təsdiqlədi: Əks-hücum əməliyyatı hazırlanır

Ukrayna Müdafiə Nazirliyi əks-hücum əməliyyatına hazırlığı təsdiqləyib.

Jamaz.info “Lenta.ru”ya istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ordunun əks-hücuma hazır olduğunu təsdiqləyib və Qərb tərəfdaşlarından kömək istəyib. Bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

“Biz əks-hücum əməliyyatına hazırlaşırıq, ona görə də Ukraynaya ilk növbədə ağır texnika və təlim keçmiş ehtiyatlar lazımdır”, – o deyib. Müdafiə Nazirliyinin rəhbəri, həmçinin Kiyevin avropalı tərəfdaşlarına sistemli dəstəyə və görülən işlərə görə təşəkkür edib.

Reznikov əlavə edib ki, Qərb silahlarının tədarükü sayəsində ölkə ordusu döyüş əməliyyatlarında uğur qazanır.

Onun sözlərinə görə, Ukrayna öz döyüşçülərinin hazırlanmasında maraqlıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button