Dünya

Kılıçdaroğlunun “istefa verəcəksinizmi?” sualına cavabı

Türkiyədə sonuncu prezident seçkilərində qalib gələ bilməyən “Millət İttifaqı”nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun istefası məsələsi sosial şəbəkələrdə müzakirə olunur.

Jamaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün ona bu barədə sual verilib.

Jurnalistin “istefa verəcəksinizmi?” sualına partiya sədrinin cavabı belə olub:

“CHP çox köklü bir partiyadır. CHP-də hər fikir rahatlıqla dilə gətirilə bilər, müzakirə oluna bilər və bu prosesin sonunda partiyanın səlahiyyətli orqanları qərar verər. İndi biz bu prosesi yaşayırıq. İdarə Heyətində, Partiya Məclisində araşdırma və dəyərləndirmələr aparılır. Prosedurlar başa çatandan sonra yekun nəticə hasil olacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, Kılıçdaroğlu seçkilərdə 47.82 faiz səs toplayıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button