Dünya

İran-Əfqanıstan sərhəddində silahlı toqquşma

Bu gün günün birinci yarısında İran-Əfqanıstan sərhəddinin sıfır nöqtəsində silahlı qarşıdurma yaşanıb. JAMAZ.İNFO İRNA agentliyinə istinadən xəbər verir ki, silahlı toqquşma Sistan-Bəllucistan vilayətinin Zabul şəhəri yaxınlığında qeydə alınıb.

Məlumatda deyilir ki, Əfqanıstandan sərhəddi keçmək istəyən bir qrup naməlum silahlı dəstə ilə İran sərhədçiləri arasında atışma baş verib. Hadisə nəticəsində ölən və yaralananlar olduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran-Pakistan sərhəddində də analoji hadisə yaşanmışdı. Həmin vaxt Pakistandan keçmək istəyən silahlı qrupla İran hərbçiləri arasında atışma olmuşdu. Nəticədə, İran Sərhəd Xidmətinin 5 əsgəri öldürülmüşdü.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button