Dünya

Ermənistanda 4 müstəntiq həbs edildi

Ermənistanda paytaxt İrəvanın Arabkir rayonunun istintaq şöbəsinin 4 müstəntiqi həbs edilib.

Jamaz.info xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, müstəntiqlər narkotik vasitələrin qanunsuz dövriyyəsi və vəzifə səlahiyyətlərindən sui-istifadə də ittiham olunurlar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti araşdırma apardığı üçün Qor Abramyan təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, narkotik maddə qəbul etdikləri üçün Ermənistan polisinin 10 əməkdaşı daxili işlər orqanından uzaqlaşdırılıb.

Daxili işlər nazirinin müavini Arpine Sarkisyan jurnalistlərə açıqlamasında bildirib ki, 6 hadisə üzrə cinayət işi başlayıb. Onun sözlərinə görə, attestasiyadan əvvəl polisə qəbul olunanlar narkotik testindən keçəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button