Cəmiyyət

Zuğulba çimərliyi yenidən hasarlanır

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində, Zuğulba adlanan ərazidə çimərlik hasarlanır.

Bu barədə qəsəbə sakini məlumat verib.
İddiaya görə, çimərliyin hasarlanmasına mayın 25-i, gecə saat 00-dan etibarən başlanılıb.
Qeyd edək ki, ötən il ölkə prezidenti sözügedən ərazilərdə dəniz sahili boyunca qanunsuz tikililərin sökülməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar vermişdi. Nəticədə qanunsuz obyektlər və hasarlanmalar sökülmüşdü. (BAKU.WS)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button