Cəmiyyət

DİN-dən ötən gün baş verən hadisələr barədə açıqlama

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən hadisələr və cinayət faktları barədə məlumat yayıb.

Jamaz.info xəbər verir ki, martın 28-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 146, o cümlədən borclu şəxs qismində axtarışda olan 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Bundan başqa, polis əməkdaşlarının martın 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,6 kiloqrama yaxın heroin, 5,1 kiloqramdan çox marixuana, 70 qramdan çox metamfetamin və 52 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button