Sosial

Ölümcül siçan qızdırması yayılır

Başqırdıstanın Serafimova qəsəbəsində insanlar arasında bu vaxta qədər rast gəlinməyən siçan qızdırması aşkarlanıb.
Jamaz.info xəbər verir ki, yerli federal xidmətin məlumatına görə, noyabrın əvvəlindən arasında uşaqın da olduğu 14 nəfərə ilkin diaqnoz qoyulub.
Böyrək sindromlu hemorragik qızdırma alovlanması artıq 31 nəfərdə aşkarlanıb.
“Hazırda epidemioloji araşdırma aparılır, Başqırdıstan hökuməti tərəfindən epidemiya əleyhinə tədbirlər görülür, məktəblər, təhsil müəssisələrində nəzarət gücləndirilib. Yoluxanlar ailəlikcə təcrid olunub”, – deyə bildirilir.
Xəstəlik kəskin virus mənşəlidir, böyrəkləri zədələyir və qanaxma meyillidir.
İnkubasiya dövrü 45 günə kimi çəkə bilir. İlk əlamətləri kəskin qızdırma, ürəkbulanma, qusma, titrətmə, yuxu pozulması, tormozlanmadır. Ölüm faizi yüksəkdir.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button