Siyasət

Klark Kuper: “Harada Rusiya var, orada sabitlik yoxdur”

ABŞ Dövlət katibinin hərbi və siyasi məsələlər üzrə köməkçisi Klark Kuper Rrusiya sülhməramlılarının Qqarabağda yerləşməsinə münasibət bildirib. JAMAZ.İNFO xəbər verir ki, Kuper bəyan edib ki, Rusiyanın Qqarabağda hərbi mövcudluğu stabillik üçün risk yaradır.

O deyib ki, harda Rusiya varsa, orda stabillik və sabitlikdən danışmaq mümkün deyil. Onun sözlərinə görə, əksinə, həmin bölgədə qeyri-stabillik hakim kəsilir. “Bu risk bütün dövlətlərə, tərəflərə aiddir”.

Dövlət katibinin köməkçisi vurğulayıb ki, Rusiyanın qarşısını almaq üçün ABŞ-ın tədbirlər görəcəyini də istisna etməyib. O deyib ki, Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupu formatında danışıqların aparılmasını vacib hesab edir. “Biz həmçinin humanitar vəziyyətin düzəlməsinə də diqqət yetiririk”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button