Media

“Space” reanimasiyada idi, beyin ölümü keçirmişdi… – Turan İbrahimov

Xəbər verdiyimiz kimi, “Space”in direktoru Müşfiq Hətəmov işdən çıxarılıb.

Jamaz.info bildirir ki, təyinatla bağlı aparıcı Turan İbrahimov paylaşım edib.
O, M. Hətəmovun “Space” üçün çox əziyyətinin olduğunu bildirib:
 
““Space TV” reanimasiyada idi, beyin ölümü çoxdan baş vermişdi, süni nəfəs aparatına qoşulmuşdu. Özüm də daxil bütün televiziyaçılar reallığı bildiyimiz və məsələyə məhz televiziyaçı kimi baxdığımızdan, bu kanalı xilas etmək üçün külli miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Haqlı idik. Amma Müşfiq Hətəmov gəldi, kənar dəstək olmadan vəziyyəti nəzarətə götürdü. Borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik- texniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis- yaxşı, digər özəl televiziyalardan fərqlənməyən, yeni proqram siyasəti tərtib etdi. Hazırda “Space TV” minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdır. Böhran menecmenti haqqında bildiyiniz hər şeyi unudun. Hətta deyərdim ki, “böhran dövründə ağdamlı yanaşması” başlıqlı treninqlər təşkil edin, Müşfiq Hətəmovu da çıxışçı kimi dəvət edin. Düzdü, bunun üçün vaxtı olmayacaq. Bundan sonra daha ağır rejimdə çalışacaq, amma siz yenə də cəhd edin.
Yolun hər zaman açıq olsun, etibarlı insan!”.
(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button