Media

Real TV 5 yaşında

Bu gün Real TV-nin 5 yaşı tamam olur.

Jamaz.info xəbər verir ki, “Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.

2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dən 02:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib.

17 sentyabr 2018-ci ildən 24 saatlıq yayıma keçib.

23 aprel 2019-ci ildə isə “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.

Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir.

Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır.

Hazırda Real TV-ni yalnız Azərbaycanın bütün peyk və kabel şəbəkələrində deyil, həm də adi televizor antennaları vasitəsilə izləmək mümkündür.

28 yanvar 2022-ci ildə “Azerspace-1″ peykində HD yayım formatına keçib.

2022-ci ilin martın 11-də ümumrespublika radio kanalının açılması üçün elan olunan müsabiqənin qalibi “Real Təhlil İnformasiya Mərkəzi” MMC elan olunub. Beləliklə, “Real FM” radiosu 107 FM-də yayımlanacaq.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button