GündəmManşet

Şuşa yaxınlığında atışma: 1 ölü, 3 yaralı

Bu gün səhər saatlarında Şuşa yaxınlığında atışma olub. JAMAZ.İNFO Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb, 1 nəfər ölüb.

Məlumatda deyilir ki, ölən və yaralananların hamısı mülki şəxslər olublar. Xankəndideəki separatçılar bildiriblər ki, onlar Şuşa şəhəri yaxınlığındakı yol ayrıcında su xəttinin təmiri ilə məşğul imişlər. Erməni tərəfi hadisənin Azərbaycan hərbçiləri tərəfindəın törədildiyini iddia ediblər.

Atışmada yaralanan şəxslərin 3-ü Xankəndidəki xəstəxanaya çatdırılsa da, digər biri isə yolda ölüb.

Qeyd edək ki, Azərbaycan tərəfi hadisə ilə bağlı hər hansı bir açıqlama verməyib. Bu əsnada, onların təxribatçı olub, olmadıqları da məlum deyil.

Bildirək ki, ermənilərin belə təxribatları çox olub. Onlar öz aralarında olan münaqişənin qurbanlarını da Azərbaycan Ordusunun ayağına yazırlar. Görünür bu dəfə də eyni təxribata əl atmağa başlayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button