DünyaManşet

Rusiyada koronavirusun yeni növü aşkarlandı

İki ildir koronavirusla mübarizə aparan dünya Rusiyadan gələn bir xəbərlər yenidən həyacana qapılıb. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb rus alimlərin Moskvada koronavirusun mutasiyaya uğramış yeni növünü tapmasıdır.

Məlumatlara görə, son günlər Rusiyada virusa yoluxanların sayının çoxalması alimlərin əlavə araşdırma aparmasına gətirib çıxarıb. Moskvada aparılan araşdırma zamanı məlum olub ki, mutasiyaya uğramış yeni koronavirus növü yoluxmanın əsas səbəbkarlarından biridir. “Sputnik V” vaksinini hazırlayan Rusiya Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırmalar İnstitutu təcili olaraq yeni virus növünü tədqiq etməyə başlayıb. Alimlər indiyə qədər istifadə olunan vaksinlərin yeni virusa təsir edib, etməyəcəyini müəyyən etməyə çalışırlar. Rəsmi qurumlar isə bu barədə açıqlama verməyin hələ tez olduğunu bəyan edib.

Xatırladaq ki, indiyə qədər Rusiyada 5.25 milyon nəfər koronavirusa yoluxub. Onlardan 130 min nəfəri həyatını itirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button