ManşetÖlkə içi

Qarabağdakı separatçılar “referendum”a hazırlaşırlar: 10 dekabr

Qarabağdakı erməni separatçıları qondarma “konstitusiya”larını dəyişmək üçün “referendum”a hazırlaşırlar. JAMAZ.İNFO xəbər verir ki, artıq bununla bağlı konkret vaxt da müəyyən edilib.

Separatçıların nümayəndəsi, özünü “ədalət partiyası”nın rəhbəri kimi təqdim edən David Qalstyan deyib ki, bu ilin 10 dekabrında “referendum” keçiriləcək və yeni “konstitusiya” qüvvəyə minəcək. “Əgər süni maneələr yaradılmasa, dekabrın 10-da Qarabağın yeni “konstitusiyası” olacaq. Komissiya artıq öz işini başa çatdırıb və peşəkar komissiya öz rəyini avqustun 1-də “milli assambleya”ya təqdim etməlidir. Ondan sonra ictimai müzakirə aparılacaq”.

Qalstyan bildirib ki, yeni “layihə”də bir sıra dəyişikliklər nəzərdə tutulub. Belə ki, 10 dekabrdan sonra Qarabağda qondarma “prezident” və “parlament” “seçkiləri”i bir-birindən ayrılacaq. Onun sözlərinə görə, əgər “prezident” istefa verəcəyi təqdirdə, “parlament” buraxılarsa, buraxılmamışdan öncə “parlament” yeni “prezidenti” seçəcək.

P.S. Qarbağdakı separatçılar heç bir şəkildə dinc oturmaq fikrində deyillər. Özlərinin qurduqları qondarma düzənin davam etməsinə çalışırlar. Ki, bunun da aqibətinin nə ilə nəticələnəcəyini də yaxşı bilirlər. Rəsmi Bakı Xankəndində hər hansı “referendum”un keçirilməsinə şübhəsiz imkan verməyəcək. Ona görə ki, belə bir şeyə icazə vermək indiyə qədər Qarabağla bağlı dediklərinin inkarı olacaq. Üstəlik, Azərbaycanın daxilində rəsmi hökumətin təyin etmədiyi hər hansı seçki, referendum qanuni sayıla bilməz. Bu, birbaşa separatçılıq və cinayətdir. Onun qarşısını almaq isə dövlətin birinci vəzifəsidir.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button