ManşetÖlkə içi

Qarabağda “çekist” polkovnik öldürülüb?

Bir neçə gün əvvəl Qarabağda müəmmalı ölüm hadisəsi qeydə alınıb. JAMAZ.İNFO xəbər verir ki, müəmmaya səbəb ölən şəxsin kimliyi və onun ölüm səbəbi ilə bağlı heç bir açıqlamanın verilməməsidir.

Qeyd edək ki, hadisə noyabrın 15-də baş verib. Ölən şəxs isə qondarma “DQR”in elə qondarma “Milli Təhlükəsizlik Xidməti”nin Hadrut üzrə “regional idarəsinin rəisi” Sergey Mirzoyandır. Xankəndidəki separatçıların “rəsmi” məlumatında qeyd olunur ki, Mirzoyan qəfil dünyasını dəyişib. Elə müəmma da orasıdır ki, 1979-cu il təvəllüdlü “polkovnik”in konkret olaraq nədən öldüyü barədə heç nə deyilmir. Bəzi təsdiqlənməmiş məlumatlara görə, Mirzoyan guya, ürəktutmasından ölüb. Qarabağdakı bəzi mənbələr isə onun xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyirlər.

Bu hadisədən sonra sosial şəbəkələrdə maraqlı bir məlumat yayılıb. Həmin məlumatda deyilir ki, Sergey Mirzoyan heç bir xəstəlikdən əziyyət çəkməyib və onun ölüm səbəbi də ürəktutması olmayıb. Şəbəkə istifadəçilərindən bəziləri iddia ediblər ki, Qarabağdakı 12 il iş stajı olan “kəşfiyyatçı” Azərbaycan xüsusi təyinatlılarının gülləsinə tuş gəlib. Həmin iddialara əsaslansaq hadisə belə olub: Mirzoyan Hadrutda Azərbaycan mövqelərinə yaxın ərazidə  kəşfiyyat qrupu ilə hərəkət edərəkən, hərbçilərimizin nəzarətinə düşüb. Atışma zamanı öldürülüb.

Onun ölüm səbəbinin gizlədilməsi isə Qarabağda yaşayan ermənilər arasında vahimə və qorxunun yaranmaması məqsədi daşıdığı deyilir.

Bu məlumatların nə dərəcədə real olduğunu deyə bilmərik. Bunun üçün rəsmi hər hansı məlumat da mövcud deyil. Mümkündür ki, bu erməni fobiyasıdır. Çünki onlar hər ölümdə bir “sirr” axtarır, həmin işi də Azərbaycanın üzərinə atmağa çalışırlar. Güman ki, bu hadisədə də ənənəvi olaraq, ifrata varıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button