ManşetSiyasət

Bir qrup dindar saxlanılıb

“Azərbaycanın din xadimləri” ictimai birliyinin beş üzvü – Sərdar Babayev, Qədir Məmmədov, Cəlal Şəfiyev, Əli Musayev və Təmkin Cəfərov saxlanılıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Turan” İnformasiya Agentliyi məlumat yayıb.  

Onların hamısı maide.az saytı ilə əməkdaşlıq ediblər. Yaxınları bildiriblər, hamını oktyabrın 19-da axşam saat 16.00-dan 17.00-dək Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıblar. Evlərdə axtarış aparılıb, kompüterlər və telefonlar götürülüb.

Bu gün səhər tezdən Şəfiyevlə Məmmədov sərbəst buraxılsalar da, bir neçə saatdan sonra onları yenidən saxlayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətindən şərh almaq mümkün olmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button