İqtisadiyyatManşet

Benzin bahalaşdı

“Aİ-95” premiumun qiyməti bahalaşaraq, 2 manata yüksəlib. JAMAZ.İNFO xəbər verir ki, dünənə qədər bir litri 1.60 manata satılan premiummarkalı benzin 40 qəpik bahalaşıb. 

Qeyd edək ki, benzinin bahalaşması ilə bağlı rəsmi açıqlamada deyilir ki, “Premium” və “Super” markalı benzin Azərbaycana başqa ölkələrdən gətirilir. Odur ki, qiymət beynəlxalq bazardakı qiymətlərdən asılı olaraq dəyişir.

Xatırladaq ki, “Premium” markalı benzin ən son 2021-ci ilin sentyabrında bahalaşıb. Həmin vaxt qiymət 1 manat 45 qəpikdən 1 manat 60 qəpiyə yüksəlib.

2021-ci ildə Azərbaycan xaricdən 50 min tondan çox “Premium” (Aİ-95) markalı benzin idxal edib. Aİ-95 və Aİ-98 markalı benzin növlərinin ümumi istehlakda payları təxminən 2 faiz civarındadır. Bu növlərə tələbin aşağı olmasının səbəbi kimi Azərbaycanda avtoparkın yaşlı olması göstərilir.

Sonuncu açıqlanan rəsmi məlumata görə, Azərbaycandakı avtomobillərin 77 faizinin istismar müddəti 10 ildən çoxdur. 5 ilədək yaşı olan avtomobillər ölkə üzrə avtomobil parkının cəmi 4 faizini təşkil edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button