ManşetSiyasət

Aleksandr Xramçixin: “Rusiyanı yavaş-yavaş Qafqazdan qovurlar”

Ermənistanın Azərbaycanla sərhəddə Avropa İttifaqının müşahidə missisyasını gətirməsi Rusiyada olduqca kəskin qarşılanıb. JAMAZ.İNFO xəbər verir ki, KTMT-nin nümayəndələrinin sərhəddə gəlməsini rədd edib, əvəzində Avropa İttifaqının bölgəyə gəlməsinə razılıq verən İrəvanla Moskva arasında münasibətlərdə gərginlik xeyli artıb.

Rusiya XİN-i bununla bağlı açıqlama verərək, bildirib ki, onlar baş verənlərdən narahatdırlar. Nazirliyin açıqlamasından aydın olan odur ki, hazırkı məqamda Rusiya Ermənistandan bir sıra məsələlərə aydınlıq gətirməyini tələb edir. Onlardan biri missiya gətirilən zaman Azərbaycanla razılaşmanın əldə olunmasından ibarətdir. İkincisi, KTMT sərhəddə müşahidə missiyası göndərməyə hazırdır, hadisələrin inkişafına fonunda Rusiya sülhməramlıları və sərhədçiləri Aİ müşahidəçilərinin addımlarına reaksiya verə bilərlər. Və üçüncüsü, Rusiya hesab edir ki, NATO-nun hərbi-siyasi alyansı Aİ missiyası adı altında fəaliyyət göstərir.

Rus  hərbi-siyasi analitik Aleksandr Xramçixin deyir ki, Rusiya tərəfinin kəskin reaksiyasına səbəb  Ermənistanın KTMT üzvü olduğu üçün başqa geosiyasi mərkəzdən müşahidəçi istəməsi və KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifini rədd etməsidir.

Onun sözlərinə görə, bu, o deməkdir ki, Ermənistan geosiyasi seçim edir və Moskva buna diplomatik bəyanatla cavab verir. “Təəssürat aydındır ki, geosiyasi dönüş cəhdi var və məsələhət görə\rdim ki, Ermənistan KTMT-dən qətiyyən çıxmasın. Əgər ermənilər hesab edirlər ki, Rusiyada onların əleyhinə kəskin fikirlər səsləndirilir və bu onları narazı salırsa, İrəvanda da Rusiya əleyhinə çoxlu tənqidlər səsələnir”.

Xramçixin hesab edir ki, Ermənistan sərhəddə müşahidə missiyası yerləşdirən zaman Azərbaycanla koordinasiyalı hərəkət etməliydi. Amma o, bunu məcburi deyil, arzuolunan olmasını vurğulayır. “Təbii ki, bu o demək deyil ki, Azərbaycan KTMT müşahidəçilərinin sərhəddə gəlməsi xəbərini böyük həvəslə qarşılayardı. Düzdür, Azərbaycan sonda Aİ müşahidəçilərinin gəlişinə etiraz etdi, amma bu etiraz sərt deyildi. Çünki Bakı Aİ ilə münasibətləri gərginləşdirmək istəmədi. Rusiyada isə vəziyyət mürəkkəbdir. Azərbaycan ən azı Rusiyanı açıq və rəsmi şəkildə tənqid etmir. Ermənistanın isə geosiyasi seçim etməsi isə Rusiyanı Azərbaycanı daha çox müdafiə etmyə məcbur edir. Bu, göz qabağındadır. Eyni zamanda, Azərbaycan ictimaiyyət qarşısında Rusiya üçün xoşagəlməz bəyanatlar səsləndirməyəndə, Rusiya da bunu etmir. Bəli, Azərbaycan mətbuatında, o cümlədən bir çox hökumətə yaxın mənbələrdə anti-Rusiya meylləri var, lakin bunu rəsmi siyasətdən ayırmaq lazımdır”.

O, hesab edir ki, Aİ-nin vətəndaş missiyasının əsas məqsədi regional problemləri həll etmək deyil,  geosiyasi məsələləri həll etməkdir və bu, məharətlə həyata keçirilir. “Yəni KTMT-nin yerinə Aİ missiyası gəlirsə, bəllidir ki, nə baş verir. Aydındır ki, Rusiyanın Cənubi Qafqazdan qovulması yavaş-yavaş davam edir. Rusiyanın bununla sıxışdırılacağını düşünmürəm və bu proses o qədər də primitiv deyil. Çünki Rusiyanın özündə, xarici siyasətində və prioritetlərində dəyişikliklər var, o proseslərdən də çox şey asılıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button