Dünya

Yeni virus yayılır

İngiltərədə sentyabr ayından yayılan “Strep A” virusu ilə bağlı həyəcan artmağa davam edir. Belə ki, ən son 5 yaşında bir qızın sözügedən infeksiyadan dünyasını dəyişməsi ilə bu xəstəlikdən ölən uşaqların sayı 9-a çatıb.

İngiltərədə hazırda iki övladı “Strep A” virusuna yoluxan bir ana xəstəliyin ilk əlamətləri barədə valideynlərə xəbərdarlıq edib.

Aimee Byron adlı qadın bildirib ki, onun 3 yaşlı oğlu və 17 aylıq körpəsi bu xəstəliyə yoluxub. O bildirib ki, xəstəliyin ilkin əlamətləri olaraq boğazda qıcıqlanma və ağızda ləkələr yaranıb, həmçinin badamcıqlar şişib.

Həkimlərin sözlərinə görə isə, “Strep A” boğaz ağrısı, badamcıqların iltihabı kimi infeksiyalara səbəb olan bakteriyadır. Xəstəliyin əlamətləri sırasında boğaz və əzələ ağrıları, yüksək temperatur, yorğunluq, dəridə yaraların peyda olması var. Mütəxəssislər bu əlamətlərin orta hesabla bir həftə davam etdiyini qeyd edib.

Bildirilir ki, bir çox insan bu bakteriyanı fərqində olmadan da daşıya bilər. Lakin bununla belə daşıyıcı olaraq digər insanları yoluxdura bilər.

Xəstəlik isə yaxın təmas, öskürək və asqırma nəticəsində digər insanlara keçə bilər.

Həkimlər bu xəstəlikdən qorunmaq üçün əllərin tez-tez yuyulmasını məsləhət görür.(qafqazinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button