Dünya

Rusiyaya qarşı 9-cu sanksiyalar paketi hazırlanır

Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi üzərində işləyir.

Jamaz.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Finlandiyada keçirilən mətbuat konfransında deyib.

“Avropa İttifaqı Rusiya iqtisadiyyatını zəiflətmək üçün çox çalışır və Ukrayna qalib gələnə qədər dayanmayacaq. Bu gün biz doqquzuncu sanksiyalar paketi üzərində işləyirik”,- deyə o bildirib.

Qeyd edək ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayandan bəri Avropa İttifaqı Rusiyaya qarşı 8 sanksiya paketi tətbiq edib. Son sanksiyalar paketi oktyabrın əvvəlində təsdiq olunub.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button