Dünya

Paşinyanın da adı “Pegasus” qalmaqalına qarışdı

Ermənistan hakimiyyəti yerli müxalifəti dinləmək üçün 7 milyon dollar pul xərcləyib. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti çıxış edib.

Qəzet yazır ki, müxalifəti dinləmək və izləmək məqsədi ilə alınmış proqramın adı “Pegasus”dur. Nəşr iddia edir ki, “Pegasus” proqramıyla dinləməni əsasən kəşfiyyat orqanları edirlər. Bunun üçün hər hansı səpkili SMS göndərmək kifayətdir. Çünki SMS-i açan şəxsin telefonu dərhal “Pegasus”un nəzarti altına düşür.

Qəzet yazır ki, bir şəxsin telefonunu dinləməyin xərci 10 min dollardır. Bu proqramla “Siqnal”, “WhatsApp”, “Telegram”, “Facebook” şəbəkələrini dinləmək və izləmək mümkündür.

“Hraparak” əldə etdiyi məlumata istinadən bildirir ki, Paşinyanın dinlətdirmək üçün göstəriş verdiyi şəxslər arasında siyasətçilərlə yanaşı, müxalif mövqedə olan jurnalist və baş redaktorlar da var.

Qeyd edək ki, “Pegasus” qalmaqalı bir müddət əvvəl də yaşanmışdı. Və Azərbaycan hakimiyyətinin də həmin proqramı aldığı və müxalif düşərgəni izlədiyi bildirilirdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button