Dünya

Moldovanın keçmiş prezidenti ev dustaqlığına buraxılıb

Kişinyov məhkəməsi Moldovanın keçmiş prezidenti İqor Dodonu 30 sutkalıq ev dustaqlığına göndərib. Bu barədə “Mediazona” məlumat yayıb.

Prokuror qərardan apellyasiya şikayəti verəcəyini və eks-prezidentin həbsə qaytarılmasını tələb edəcəyini bildirib.

Onun sözlərinə görə, ev dustaqlığında olan Dodon sübutları məhv edə və istintaqa təsir göstərə bilər.

Dodon mayın 24-də saxlanılıb. O, passiv korrupsiyada, cinayətkar qruplaşmadan maliyyə vəsaiti əldə etməkdə, qanunsuz varlanmada və dövlətə xəyanətdə ittiham olunur.

Dodon hesab edir ki, onun həbsi ilə bağlı iş “seçkilərdən dərhal sonra” onu həbsə atmağı tələb edən “Prezident Maia Sandunun əmri ilə başlanıb”.

Eks-prezident onu da deyib ki, baş verənlərə “müxalifəti zərərsizləşdirmək üçün ABŞ-ın Moldovadakı səfirliyi rəhbərlik edir”.

İstintaq hesab edir ki, İqor Dodon 2019-cu ildə moldovalı oliqarx Vladimir Plahotnyukdan rüşvət alıb.

Plahotnyuk Moldova siyasətinin “boz kardinalı” hesab olunurdu. Onun rəhbərlik etdiyi Demokratik Partiya aparıcı siyasi qüvvələrdən biri idi. Bir neçə il əvvəl ona qarşı cinayət işi açıldıqdan sonra ölkəni tərk etmək məcburiyyətində qalıb.

Plahotnyuk Rusiyada cinayət xarakterli fəaliyyətlərdə iştirak edirb. Moskva onu beynəlxalq axtarışa verib.

Dodon Rusiyayönlü siyasətçi hesab olunur, prezident kimi o, dəfələrlə Moskvaya səfər edib və Qırmızı Meydandakı Qələbə Paradında da iştirak edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button