Dünya

Gürcüstanda etirazlar: 66 etirazçı saxlanıldı

Gürcüstandakı etirazlarda 66 nəfər saxlanılıb.

Jamaz.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, həmçinin 50 polis əməkdaşının yaralandığı barədə rəsmi açıqlama var.

Bildirilib ki, aksiyaçılar dövlət əmlakına, parlamentin binasına və digər obyektlərə ziyan vurublar. Habelə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı zorakılıq faktları olub.

Qeyd edək ki, Gürcüstan parlamentində “xarici agentlər” qanunu ilk oxunuşda qəbul olunub. Burada xarici institutlardan maliyyə yardımı və qrantlar alan qurumların agent elan edilməsindən söhbət gedir. Bu, geniş etirazlara və iğtişaşlara səbəb olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button