Dünya

Gürcüstanda etiraz: iştirakçılar Rustaveli prospektini bağladı

“Xarici agentlər” haqqında qanuna etiraz edən aksiya iştirakçıları Tbilisinin Rustaveli prospektini bağlayıblar.

Jamaz.info xəbər verir ki, parlament binasının yaxınlığına xüsusi təyinatlı qüvvələr səfərbər edilib.
Əlavə polis dəstələri də parlamentin qarşı tərəfində, Kaşveti məbədinin arxasında yerləşdirilib.
Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button