Vilayət Eyvazov polkovniki işdən çıxardı

  • GÜNDƏM
  • 18.10.2019 23:25
  • 22 dəfə oxundu

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Rəşadət Babayev vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.  

Əmrə əsasən, Rəşadət Babayev BŞBPİ-nin Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri vəzifəsində saxlanıb. 

Xatırladaq ki, Rəşadət Babayev BŞDYPİ-nin ən odioz fiqurlarından biri hesab olunurdu. Onun adı müxtəlif məsələlərdə hallanır, hətta özünə dəyəri yüz min manatlarla ölçülən "besedka" tikdirdiyi barədə də mətbuat geniş yazıb. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər