Uşaqpulunu unudun -NAZİR AÇIQLADI

"Bu gün Azərbaycanda "uşaqpulu ödənilmir” demək düzgün deyil”. Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, "uşaqpulu” deyilən indiki anlayışdakı ödəniş 2006-cı ilə qədər tətbiq edilib: 

"Bu ödəniş də bugünkü pulla 2 manat məbləğində olub. Orta hesabla 500-550 min uşağa görə ödəniş edilib". 

Sahil Babayev deyib ki, bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinət ödənilir. "Təkcə sağlamlıq imkanı məhdud olan uşaqlara ödənilən vəsaitlərin aylıq məbləği özlərinə 150 manat, onların valideynlərinə, qəyyumlarına isə 50 manatdır. Yəni, o dövrdə ödənilən 2 manat hara, bu gün ödənilən 200 manat hara". 

Nazirin sözlərinə görə, bu gün ünvanlı sosial yardım alan 280 min insanın 160 mini uşaqlardır. Həmin uşaqlara ödənilən orta məbləğin rəqəmi 100 manatın üzərindədir: "Bu, kifayət qədər ciddi rəqəmdir”. 

Sahil Babayev bildirib ki, uşaqpulu müavinəti bütün uşaqlara şamil edilə bilməz: "Halbuki, bəzən bunun bütün uşaqlara şamil edilməsinin vacibliyi səsləndirilir. Bu gün Azərbaycanda 18 yaşınadək 2 milyon 700 min uşaq var. Tutaq ki, hər uşağa ən aşağı 100 manat vəsait ödənilsə və 18 yaşınadək hər kəsə şamil edilsə, bu, 3,3 milyard manat vəsait edir. Uşaqpulu kimi proqramlar isə 1-2 illik olmur, ən azı 5 illik olur. Bu o deməkdir ki, həmin işə 35 milyard manatadək vəsait xərclənməldir”. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər