Uncategorized

Xalatyan: “Putin münaqişənin moderatoru statusunu saxlamağa çalışır”

“Laçın ətrafında yaranmış vəziyyət Azərbaycanın müharibədə qazandığı qələbənin nəticələrindən istifadə etmək həvəsindən irəli gəlir. Burada faktiki olaraq, biz özümüzə qarşı tələblər irəli sürüldüyünün şahidi oluruq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri tanınmış erməni hüquqşünas Artaşes Xalatyan deyib.

O bildirib ki, burada əsas məsələ “Zəngəzur dəhlizi” ilə bağlıdır. “Əliyev öz bəyanatlarına sadiq qalır. Ona görə, əgər erməni tərəfi Laçın dəhlizi vasitəsilə Qarabağla fasiləsiz əlaqə yaratmaq istəyirsə, “Zəngəzur dəhlizi” də eyni statusa malik olmalıdır. Ermənistan hökuməti deyir ki, belə ola bilməz”.

Xalatyan qeyd edir ki, hazırda durum belədir ki, Azərbaycan Ermənistana təzyiq edərək, ondan Qarabağdan imtina etməsini və “Zəngəzur dəhlizi” məsələsində güzəştə getməsinə nail olmaq istəyir.

Onun sözlərinə görə, Rusiya rəsmi dairələrinin bu məsələyə reaksiyaları da mənfi qarşılanır. “Çünki onlar aksiyaçıların hərəkətini qanuniləşdirməyə çalışırdılar. Onlar Laçın dəhlizinin bağlanmasını Qarabağın təbii ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli fikir ayrılığı kimi təqdim etdilər. Bu baxımdan, ardıcıl iş aparan erməni diplomatiyası baş verən hadisələrə beynəlxalq reaksiya verdi. Onun kulminasiya nöqtəsi məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsi, mütləq əksəriyyətin ermənipərəst mövqeyinin formalaşdırılması oldu. Və təbii ki, Avropa İnsan Haqları Məhkəməsinin müvəqqəti tədbirini tətbiq etmək qərarı da vaciblərdən biriydi. Azərbaycanın təzyiqləri Rusiya tərəfinin səhlənkarlığının və fəaliyyətsizliyinin nəticəsidir”.

Xalatyan hesab edir ki, əslində Putin münaqişənin moderatoru statusunu saxlamağa çalışır və bu mənada görüşlər Rusiya tərəfi üçün daha vacibdir. “Bütün hallarda rusların gözlədiyi bu deyildi. Onlar Ermənistanın müqaviməti ilə üzləşdilər. Çünki rəsmi erməni dairələri artıq açıq şəkildə bildirirlər ki, onlar Ermənistanı Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmağa məcbur etməyə çalışırlar, “Zəngəzur dəhlizi”nin açılmasını tələb edirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button