Tbilisidə dava salan diplomat və müğənni barışıblar?

  • GÜNDƏM
  • 21.01.2020 17:06
  • 95 dəfə oxundu

Yanvarın 14-də Tbilisi restoranında Azərbaycan səfirliyinin əməkdaşı Vüqar Mustafayev dava salıb. “Azadlıq” radiosunun Gürcüstan xidmətinin məlumatına görə, hadisəyə müğənni Afiq Novruzovun “Qız, dayan” mahnısını ifa etməsi səbəb olub. 

Diplomat bunun erməni mahnısı olduğunu düşünüb və müğənnidən niyə bunu ifa etməsilə bağlı açıqlama istəyib. Dava zamanı müğənni və onun səhnə yoldaşı xəsarət alıblar. Fakt üzrə yerli polis departamenti araşdırmaya başlayıb.

Öz növbəsində müğənni Afiq Novruzov yanvarın 14-də Facebook səhifəsində videomüraciət yayaraq təfərrüatları açıqlayıb.

https://www.facebook.com/negdpul.nato/videos/2261026247332193/. Onun sözlərinə görə, bu mahnını restorana gələnlər sifariş ediblər. Mahnı erməni dilində yox, rus dilindədir. Hər kəs Youtube-da dinləyə bilər.

Mahnıya gəlincə, onun müəllifi Türkmənistandan olan erməni Şahuntsdur. Ancaq bu, diplomata musiqiçilərlə yumruq davasına çıxmaq hüququ vermir.

Lakin yanvarın 21-də müğənni bu qeydi silib və bunu münaqişənin “nüfuzlu insanlar”ın xahişilə həll olunması ilə izah edib.

Öz növbəsində, “Azadlıq” radiosundakı materialın https://www.rferl.org/z/656 müəllifi jurnalist Anastasiya Arabuli Turan-a bildirib ki, cümə günü V.Mustafayevlə söhbət edib və o, münaqişə faktını təsdiqləyib.

Qeyd edək ki, bir gün sonra səfirliyin birinci katibi olan V.Mustafayevin adı səfirliyin saytından yoxa çıxıb. Lakin yanvarın 21-də A.Arabuli yenidən V.Mustafayevlə əlaqə saxlayıb və o, səfirliyin birinci katibi vəzifəsində çalışmaqda davam etdiyini bildirib.

Azərbaycanın Tbilisidəki səfirliyindən şərh almaq cəhdləri nəticəsiz qalıb. Telefona cavab verən qız rəhbərliklə bir neçə dəqiqə danışıqdan sonra Turan-ın müxbirinə deyib ki, səfirlik restoranda diplomatın dava etməsi ilə bağlı vəziyyəti şərh edə bilməz. O, V.Mustafayevin adının səfirliyin saytından niyə yoxa çıxdığını da açıqlaya bilməyib.

Azərbaycan XİN-dən şərh almaq mümkün olmayıb.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər