Tanınmış iqtisadçıdan maraqlı yanaşma:"Neftin yerini zəka tutacaq"

Tanınmış qitisadçı Rövşən Ağayev Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun yayımladığı hesabatı şərh edib. JAMAZ.İNFO xəbər verir ki, iqtisadçı durumun heç də yaxşı olmadığını və alternativ enerji sayəsində gələcək iqtisadiyyatın qurulmasının mümkünlüyünü vurğulayıb. 

O bildirib ki, Rusiya EA-nın İqtisadiyyat İnstitutu qlobal miqyasda neftə tələbatın gələcəyi ilə bağlı analiz hazırlayıb. Ağayev qeyd edib ki, 2004-2017-ci illərdə dünyanın enerji istehlakında neftin payı 2.5% azalaraq 34.2%-ə enib. Əvəzində bərpa olunan enerji növlərinin xüsusi çəkisi 0.7%-dən 3.6%-ə yüksəlib. 

Amma daha diqqətçəkən məqam enerji növləri üzrə istehlakın artım templəri arasında müşahidə edilən kəskin fərqlərdir.

2004-2017-cü illərdə neft istehlakının həcmi hər il orta hesabla 0.5% artdığı halda, bərpa olunan enerji üzrə bu artım 4% ətrafında olub.

2004-2013-cü illərdə kömür istehlakının orta illik artım tempi 0.5%-i ötsə də, 2013-2017-ci illərdə 0.3%-ə yaxın azalama müşahidə edilib".

Onun sözlərinə görə, proses ləng getsə də, qlobal enerji istehlakının gələcəyin yönünü çox aydın göstərir. "Məşhur ifadədə deyildiyi kimi, neft bitməyəcək, amma neft erası bitəcək. Amma bu dəfə kömür və odun kimi bir təbiət məhsulunun yerinin başqası (neft, qaz) tutmayacaq. Zəkanın təbiətdən aldığı məhsullar - külək, günəş, digər bərpaolunan enerji növləri əvəzediciyə çevrilir. Zəkası olanın enerjisi də olacaq - sözün hər mənasında".

Posts Carousel

Xəbər lenti

Video xəbərlər