"Süd pulu"nu 200 manatdan 600 manata necə qaldırmaq olar?

"Növbəti büdcə ili üçün nəzərdə tutulan 212 milyon manatlıq subsidiyanın Azərbaycan 32 milyon 894 min manatı “Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə, 11 milyon 994 min manatı İctimai Televiziya və Radio Yayımları Şirkətinə ayrılacaq". JAMAZ.İNFO xəbər verir ki, bunu tanınmış iqtisadçı, ADR Hərəkatının sədri Qubad İibadoğlu açıqlayıb. 

O bildirib ki, 2 televeziya birlikdə büdcədən 45 milyon manata qədər vəsait “yeyəcək”. "Halbuki, həmin televeziyalar kommersiya fəaliyyətindən, eləcə də reklam yerləşdirilməsindən kifayət qədər pul qazana bilər. Nəzərə alaq ki, gələn il parlament seçkilərində bunun üçün əlavə imkanlar da yaranacaq. Yeri gəlmişkən, bu vəsait hesabına uşağın doğulması ilə bağlı müavinəti 3 dəfə artırıb 200 manatdan 600 manata qaldırmaq olardı".

Posts Carousel

Xəbər lenti

Video xəbərlər