Siyasi məhbusun qızı komaya düşdü

  • GÜNDƏM
  • 07.11.2019 01:22
  • 22 dəfə oxundu

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ Qazisi, Siyasi Məhbus Asif Yusiflinin həbs olunan zaman həyəcandan şəkər xəstəliyimə tutulmuş 21 yaşlı qızı Esmira xanım şəkərdən komaya düşüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Həmin məlumatlara görə, xəstəxanalar balaca qızcığazı qəbul etməkdən belə imtina edir. Son məlumatlara görə, Esmira Yusiflini Tibb Universitetinin Kklinikasına aparsalar da, orada 2000 manat depozit istənilib. 5 saylı Xəstəxanada da xəstəni qəbul etməkdən imtina ediblər. Rəsulzadə qəsəbəsində yerləşən 6 saylı Xxəstəxanada isə koma vəziyyətində olan qızı qəbul ediblər. Lakin həkimlər xəstənin ağır koma vəziyyətindən çıxarılması üçün sözügedən xəstəxananın heç də uyğun olmadığını bildirirlər. Onu daha münasib klinikalardan birinə köçürülməsini tövsiyyə edirlər. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər