Şahvələd Çobanoğlu ölkədən çıxa bilmir

  • GÜNDƏM
  • 13.01.2020 18:07
  • 17 dəfə oxundu

Jurnalist Şahvələd Çobanoğlu artıq altıncı ildir ki, prokurorluq tərəfindən qoyulan qadağa səbəbindən xaricə gedə bilmir. Jurnalist və onun vəkili Zibeydə Sadıqova növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədova müraciət edərək qadağanın aradan qaldırılmasını xahiş ediblər. 

Ancaq yenə də cavab alıblar ki, onların müraciəti “ibtidai istintaqı aparılan 142006023 nömrəli cinayət işinin materiallarına əlavə edilməklə baxılıb və nəticəsi barədə əlavə məlumat veriləcək”.

“Hər dəfə eyni cavabı alırıq. Belə başa düşürəm ki, cavab məktubu şablondur, kimsə sənədin tarixini dəyişib göndərir”, - jurnalist deyib.

O, məhkəməyə müraciət edib, lakin nəticəsiz qalıb. “Bu, mənim hüquqlarımın açıq şəkildə məhdudlaşdırılmasıdır”, - Ş.Çobanoğlu qeyd edib.

Bu qadağaya görə 2014-cü ildə xaricdə başlayan müalicəni dayandırmağa məcbur olub. O, şəxsi işləri və övladlarının təhsili ilə bağlı məsələlərin həlli ilə əlaqədar xaricə gedə bilmir.

Araşdırmaçı-jurnalist Xədicə İsmayılova və bir çox digər vətəndaş cəmiyyəti fəalı da analoji durumdadır.

Xatırladaq ki, 142006023 nömrəli cinayət işi prokurorluq tərəfindən 40 müstəqil QHT-yə qarşı qaldırılmlşdı. Onlar iqtisadi cinayətlərdə, qanunsuz qrant almaqda, dələduzluqda və s. ittiham olunub. Həmin QHT-lərin liderlərinin çoxu həbs edilib və mühakimə olunub, bəzilərinə qarşı sanksiya tətbiq edilib, bank hesablarına həbs qoyulub və s.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər