Rusiyanın baş naziri istefa verdi -YENİ HÖKUMƏTİN BAŞÇISI NÖVBƏTİ PREZİDENT OLACAQ?

  • GÜNDƏM
  • 15.01.2020 18:00
  • 49 dəfə oxundu

Rusiyanın baş naziri Dmitri Medvediev bu gün prezident Vladimir Putinlə görüşdən sonra istefa verib. JAMAZ.İNFO xəbər verir ki, o bəyan edib ki, hökumət tam tərkibdə istefa verməyi qərarlaşdırıb və bununla bağlı konkret addım atılıb. O Rusiya prezidentinə təşəkkür edib və bildirib ki, indiyə qədər birlikdə işləmələrindən məmnun qalıb. 

"Yabloka" Partiyasının Pskovdan seçilmiş deputatı Lev Şlosberq isə maraqlı açıqlama ilə çıxış edib. "Medvediyevin istefaya getməsi səbəbsiz deyildi. Aydın idi ki, Putin hökumətin Duma tərəfindən təşkil olunması ilə bağlı qərar verməsi ilə baş nazirə mesajını göndərmişdi. Yeni hökumət başçısı tezliklə Rusiyanın prezidenti olacaq. Yəni, yeni baş nazir gələcəyin prezidentidir". 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər