Rusiyada yanacağın qiyməti bahalaşdı –BƏS, AZƏRBAYCANDA NƏ GÖZLƏNİLİR?

Rusiya hökuməti əhaliyə satılan dizel yanacağı və benzinin qiymətini artırmaqla bağlı qərar qəbul edib. JAMAZ.İNFO xəbər verir ki, dünənə qədər bir litri 50 rubla satılan dizel yanacağının qiyməti noyabrın15-dən etibarən 57 rubla qədər yüksələcək.  

Rəsmi qurumlar bildirir ki, indiki halda yanacağın ucuz qiymətə satılması rentabelli deyil və bu istehsalçı şirkətlərin gəlir əldə etməsinə imkan vermir.

Bəzi rəsmi şəxslər isə o fikirdədirlər ki, yanacağın qiyməti regionlar üzrə dəyişməli və fərqli olmalıdır. Onların sözlərinə görə, uzaq əyalətlərə benzini çatdırmaq xeyli xərc tələb edir və ona görə də, məsafədən asılı olaraq yanacağın da qiyməti dəyişməlidir. Lakin Rusiyanın İqtisadiyyat Nazirliyi bunu məntiqsiz hesab edir.

Qeyd edək ki, Rusiya Azərbaycanla qonşu ölkədir və bu dövlətdə yaşanan hadisələr bir müddətdən sonra özünü bizdə də göstərməyə başlayır. Azərbaycanda yanacağın qiymətinin qaldırılması məsələsi hal hazırda müzakirə mövzusu olmasa da, ötən günlərdə maye qazın qiymətinin 20 qəpik bahalaşaraq 65 qəpiyə çatması bu sahədə şübhələrin artmasına zəmin yaradıb. Bəzi müşahidəçilər hesab edirlər ki, hökumət bununla əhalinin nəbzini yoxlayır və əgər ciddi etirazla qarşılaşmasa benzin və digər yanacaq növlərinin də qiymətlərinin bahalaşacağı qaçılmaza çevriləcək.

Rəsmi qurumlar isə bəyan edir ki, hal hazırda heç bir yanacaq növünün bahalaşmasından söhbət gedə bilməz. Maye qazın qiymətinin artmasını isə belə izah edirlər ki, Qaz Emalı Zavodunda təmir işləri getdiyindən “Məişət Qaz” MMC bu məhsulu xaricdən alır və o səbəbdə də bahalaşma qeydə alınıb. Lakin yaxın vaxtlarda zavodun fəaliyyətin bərpa olunacaq və qiymətlər də əvvəlki vəziyyətinə qaytarılacaq.

Hərçənd rəsmi qurumların bu açıqlamaya münasibəti birmənalı deyil. Daha doğrusu, inanmırlar ki, qiymət aşağı enəcək. Lakin bütün bunlara baxmayaraq, ölkədə bahalaşma ilə bağlı heç bir narazılıq və kütləvi etiraz diqqəti çəkmir.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər