“Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı -YENİLƏNİB

  • SİYASƏT
  • 19.08.2019 13:01
  • 1844 dəfə oxundu

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl “Relax” İstirahət Mərkəzində insident yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, deputat İqba Məmmədvun olduğu deyiən mərkəzdə onun oğlu və yaxın qohumları vergi əməkdaşlarının araşdırma aparmasına imkan verməyiblər. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb. Məlumatlara görə, deputatın qohumları vergi işçilərini döyüblər.  

Hadisədən sonra ərazidə DİN-in BMCMİ əməliyyat keçirib və 6 nəfəri həbs edib. Onların arasında deputatın oğlu Mirhəmid Nərimanlı və qardaşı Çingiz Məmmədovun oğlu Orxan Nərimanlı da var. “Relax” İstirahət Mərkəzi isə bağlanılıb.

JAMAZ.İNFO-ya verilən məlumata görə, hadisədən sonra İqbal Məmmədova məxsus daha iki zavod fəaiyyətini dayandırıb. Bəzi məlumatlara görə, zavdarın fəaiyyətərini dayandırmasına səbəb deputatın cəzalandırılmasıdır. Lakin o da iddia edilir ki, həmin zavodlarda Vergilər Nazirliyinin əməkdaşları yoxlama aparırlar.

***

Son məlumatlara görə, deputat İqbal Məmmədovun bağlanan müəssisələrindən biri Piran Çınqıl və Şebel zavodudur.   

Posts Carousel

Xəbər lenti

Video xəbərlər