"REAL heç vaxt bir nəfərin partiyası olmayıb, ola da bilməz"

  • SİYASƏT
  • 06.11.2019 14:34
  • 19 dəfə oxundu

"REAL heç vaxt bir nəfərin partiyası olmayıb, ola da bilməz. Sədrimiz İlqar bəy həbsdə olanda belə sədr və 1 nömrəli siyasi məhbus olmasına baxmayaraq dəfələrlə zindandan göndərdiyi təklifləri qəbul edilməyib, İıqar bəy də bunu normal qarşılayıb. İndiki siyasi sistemdə başqa təşkilatlarda bu mümkün deyil". JAMAZ.İNFO xəbər verir ki, bu sözləri REAL Partiyasının funksioneri Natiq Cəfərli Azər Qasımlının istefasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, hər səhər ofisə ən tez İlqar Məmmədov gəlir. "Çay qoyur, çay dəmləyir, sadə üzvlər istənilən an onun yanına gəlib iradlarını və təkliflərini deyir - belə bir adamı avtoritarizmdə ittiham etmək yersizdir. REAL təkadam təşkilatı ola bilməz, bu mümkün deyil, belə olsaydı REAL-ı niyə yaradırdıq ki?! Gedib elə bu gün eyni qaydada idarə olunan partiyalardan birinə yazılardıq da. REAL həyatda şəxsi uğur hekayəsi yazmış insanların təşkilatıdır. REAL-ın özəlliyi və gözəlliyi də məhz budur! REAL həmişə şəxsi incikliyini və ambisiyasını arxa plana alan liderlərin təşkilatıdır - bu belədir, belə də olacaq!"

Posts Carousel

Xəbər lenti

Video xəbərlər