"Qarabağ"ın oyununda dron qaldıran ermənilərin lideri həbs edilib -VİDEO

  • GÜNDƏM
  • 06.11.2019 14:43
  • 31 dəfə oxundu

"Düdelanj" - "Qarabağ" oyununda təxribat törətmiş "First Armenian Front" (FAF) adlı hərəkatın liderindən olan Ervand İsmayılyan həbs olunub. BAKU.WS erməni KİV-nə istinadən xəbər verir ki, təxribatçı qrupun lideri Finlandiya Ermənistan yığmalarının oyununda etdiyi xuliqanlığa görə məsuliyyətə cəlb edilib. 

Bildilir ki, FAF-ın liderlərindən olan erməni təxribatçı türk fanat Veli Peka Hutarinin üzərinə fayer (yanan cism) atdığı üçün stadionda saxlanılıb və dərhal polis idarəsinə aparılıb. 

Ervand İsmayılyana 2 həftəlik həbs cəzası verilsə də, üstündən 3 həftə keçib və o, azad olunmayıb. 

Qeyd edək ki, Finlandiyada saxlanılan erməni "Düdelanj" - "Qarabağ" oyununda törədilən təxribata rəhbərlik edənlərdən olub. 


Posts Carousel

Xəbər lenti

Video xəbərlər